ÇL: “Gəlin, etiraf edək: “Mançester Siti” daha güclü idi”
“Real”ın müdafiəçisi Daniel Karvahal Çempionlar Liqasının yarımfinalının “Mançester Siti” ilə cavab qarşılaşmasını (0:4) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin inamlı oynadığını vurğulayıb:
“Bizdən güclü rəqibə qarşı oynadıq. Onlar kifayət qədər inamlı oynadılar. Gəlin, etiraf edək: “Mançester Siti” daha güclü idi. Oyunumuzda nəsə çatışmırdı. Söhbət əhval-ruhiyyədən getmir. Hədəfə qarşı özümüzü çox sıxışdırmadıq, nəticədə, fürsəti əldən verdik.
Ən yaxşı qol şansımız fasilədən sonra reallaşdı. Bilirdik ki, rəqib öz meydanında çox güclüdür. İlk matçdan sonra hiss etdik ki, daha yaxşı oynaya bilərik. Biz Madrid klubunun futbolçularıyıq. Daha da güclənəcəyik. Növbəti mövsümdə finala çıxmaq üçün çox çalışacağıq”.
İspaniya klubu iki oyunun nəticəsinə əsasən “şəhərlilər”ə uduzub. Premyer Liqa təmsilçisi həlledici qarşılaşmada İtaliya “İnter”i ilə qarşılaşacaq. Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin