“Karvan”ın apellyasiya şikayəti təmin edilmədi
1-ci Liqanın 8-ci turunda baş tutan “Karvan” – “Qəbələ” matçında yaşananlara görə cəzalanan “Karvan”ın apellyasiya şikayəti təmin olunmayıb.
Komanda.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.
Noyabrın 27-də keçirilən matç bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin “Karvan” klubunun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Həmçinin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyünün maraqlı tərəflərə izah edilməsi və qərarın tam mətninin 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilmsi bildirilib.
Bizi Facebook-da izləyin