“Karvan”da 2 yeni müqavilə

Premyer Liqanın yeni iştirakçısı “Karvan” daha 2 futbolçusu ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, klub yarımmüdafiəçi Rəhman Şabanov ilə 1 illik yeni müqavilə bağlayıb.

28 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə edib və 2 qol müəllifi olub.

Ceyhun Bağırzadə ilə də yeni müqavilə imzalanıb. Bağırzadə ötən mövsüm komandanın heyətində 7 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button