“Karvan-Yevlax” – “Kəpəz” oyununun yeri dəyişdirildi

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 12-ci turunun “Karvan-Yevlax” – “Kəpəz” oyununun yerini dəyişdirib.

Komanda.az xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.

PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilsə də, bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib.

Qeyd edək ki, “Karvan-Yevlax” – “Kəpəz” oyunu noyabrın 21-də, saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button