“Karvan-Yevlax” futbolçunun formasındakı yazıya görə cərimələndi

Azərbaycan Premyer Liqasının 2-ci turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax təmsilçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt edilməsinə baxmayaraq, analoji hal yenidən təkrarlandığı üçün klub 1500 manat cərimələnib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçında isə Naxçıvan təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button