
“Karvan” “İmişli”yə qalib gəldi
Bu gün “İmişli” və “Karvan” arasında yoxlama oyunu keçirilib.
Komanda.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb.
Görüş Yevlax təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib koomandanın heyətində qolları Uğur Cahangirov və Qavi Tompson vurub.
Xatırladaq ki, hər iki komanda yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin