
“Karvan” futbolçusu ilə vidalaşıb
“Karvan” müdafiəçisi Müşviq Teymurovla yollarını ayırıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, futbolçunun başa çatan müqavilə müddəti yenilənməyib.
Yevlax futbol məktəbinin yetirməsi olan Teymurov son iki mövsüm bölgə təmsilçisində 45 oyun keçirib və “Karvan”ın kapitanlarından olub.
“Karvan” ötən mövsüm Azərbaycan 1-ci Liqasını 47 xalla üçüncü sırada başa vuraraq Premyer Liqada iştirak hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



