
“Karvan” bir futbolçu ilə vidalaşdı, biri ilə yeni müqavilə bağladı
Birinci Liqada çıxış edən “Karvan” klubu futbolçularından biri ilə yollarını ayırıb.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi Amil Orucovla vidalaşıb.
“Karvan” futbolçularından biri ilə müqavilə müddətini də uzadıb. Klub Eyyub Cabbarovla bir illik yeni müqavilə imzalayıb.
“Karvan” ötən mövsüm 1-ci Liqada 44 xalla 5-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin