
“Karvan” “Ayaks”ın yetirməsi ilə müqavilə bağladı
Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək “Karvan” daha bir futbolçunu heyətinə qatıb.
Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib.
“Ayaks”ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv” (Plovdiv), Rumıniyada “Botosani” və “Mioveni” klublarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin