
“Karvan” almaniyalı futbolçu transfer etdi
Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan “Karvan” yeni futbolçu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Moise Nqvisanini sıralarına cəlb edib.
Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Moise karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


