“Karvan” 2 legionerlə vidalaşıb
Birinci Liqa komandası “Karvan”da iki ayrılıq gerçəkləşib.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisinin sıralarını tərk edən hər iki futbolçu legionerdir. Belə ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Qnapi Anqenor və onun həmyerlisi, hücumçu İsmael Sanoqo “Karvan”la yollarını ayırıb.
“Karvan” ötən mövsüm 1-ci Liqada 44 xalla 5-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin