“Real” müdafiəçisini itirdi

“Real”ın müdafiəçisi Dani Karvahal dünən “Atletiko” ilə derbidə zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçuya sağ ayağının əzələ zədəsi diaqnozu qoyulub və ona sağalmaq üçün təxminən dörd həftə vaxt lazım olacaq.

Karvahal cari mövsümdə Madrid klubunda 7 oyun keçirib.

Madrid derbisi “Real”ın 2:5 hesablı ağır məğlubiyyəti ilə yekunlaşıb. Komanda La Liqanın 7 oyunundan sonra 18 xalla turnir cədvəlinin lideri olaraq qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button