Karvahal: “Əla vəziyyətdəyəm”
“Real”ın müdafiəçisi Dani Karvahal durumu haqda danışıb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu əla vəziyyətdə olduğunu bildirib:
“Zədədən sonra əvvəlki səviyyəmə qayıda biləcəyəmmi? Buna şübhə yoxdur. Özümü vəhşi kimi hiss edirəm, əla vəziyyətdəyəm. Hər şeyi sevinc və şövqlə qəbul etmək lazımdır. Ümid edirəm ki, ən qısa zamanda qayıdacam”.
33 yaşlı oyunçu oktyabrda “Vilyarreal”la oyunda çarpaz bağın yırtılması səbəbindən sıradan çıxıb. Onun meydana qayıtması yaya planlaşdırılır.
Karvahal “Real”ın heyətində bütün yarışlarda 427 matçda iştirak edib, 14 qol vurub və 65 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin