
Karrasko Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlayıb
“Atletiko”nun futbolçusu Yannik Ferreyra Karrasko “Əl-Şabab” klubuna keçmək üçün Səudiyyə Ərəbistanına uçub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Keçidin dəyərinin 15 milyon avro olacağı bildirilir.
Karrasko keçən mövsüm Madrid təmsilçisinin heyətində 35 oyun keçirib, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin