“Şadam ki, Simeone “Atletiko” ilə müqaviləsini uzatdı” – Karrasko

“Atletiko”nun sabiq futbolçusu Yannik Karrasko Madrid klubunun baş məşqçisi Dieqo Simeone ilə müqavilənin uzadılmasını şərh edib.

Komanda.az RTL-ə istinadən xəbər verir ki, o, müqavilənin uzadılmasına görə şad olduğunu deyib:

“Şadam ki, Simeone “Atletiko” ilə müqaviləsini uzatdı. Düşünürəm ki, o, böyük məşqçi və gözəl insandır. Simeone ilə mən ayrıldıqdan sonra da əlaqə saxlamağa davam edirik”.

Karrasko “Atletiko”nun heyətində ümumilikdə 266 oyun keçirib, 47 qol vurub, 45 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button