Sabiq futbolçu Yamalı Messiyə bənzətdi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Barselona” – “İnter” (3:3) oyununda 17 yaşlı Lamin Yamal çıxışı ilə diqqət mərkəzinə düşüb.

Kataloniya klubunun gənc oyunçusu qarşılaşmanın 24-cü dəqiqəsində qol vuraraq, komandasına önəmli töhfə verib.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu Cimi Karrager Yamalın oyunun gedişatına daha çox təsir etdiyini bildirib:

“O, topu aldığı anda sanki oyun dayanır, hamı onun nə edəcəyini gözləyir. Bu, elə bil Lionel Messinin “çiçəkləndiyi dövrlər”i izləməyə bənzəyir”.

Karrager əlavə edib ki, Kilian Mbappe və Erlinq Haland hər zaman Messi və Kriştiano Ronaldodan sonra gələcək nəsil ulduzlar kimi göstərilirdi:

“Amma düşünmürəm ki, Haland nə vaxtsa onunla müqayisə oluna bilsin. O, sadəcə əla qolçudur. Yamal isə oyunun gedişatına daha çox təsir edir. Bu, çox xüsusi bir keyfiyyətdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button