
Karragerdən “Liverpul”a məsləhət
“Liverpul”un sabiq futbolçusu Cimi Karrager keçmiş klubuna “Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordonu transfer etməyi məsləhət görüb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, mersisaydlıların bu oyunçu üçün yarışmasını istədiyini bildirib:
“Liverpul”un bu oyunçu üçün yarışmasını istərdim. Qordon yeni səviyyəyə çata və əsl top-oyunçuya çevrilə bilər”.
Qordon müqavilə əsasında 2026-cı ilin ortalarına qədər “Nyukasl”a bağlıdır. O, ötən mövsüm 49 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin