“Kroyf futbol tarixinin ən vacib insanıdır” – Karrager

“Liverpul”un keçmiş müdafiəçisi Cimi Karrager “Barselona”nın sabiq baş məşqçisi Yohan Kroyfu futbol tarixinin ən önəmli adamı adlandırıb.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, Kroyfu futbol tarixinin ən vacib insanı saydığını deyib:

“Mən Kroyfu seçəcəm. Məsələ burasındadır ki, onun karyerasında hansısa böyük uğur qazanması yox, “Barselona”da keçdiyi yolun unikal olmasıdır. Bu günə qədər Yohan haqqında danışırlar, onun Kataloniya klubunda qoyduğu fəlsəfəni müzakirə edirlər. Deməli, mənim üçün Yohan Kroyf futbol tarixinin ən vacib insanıdır”.

Kroyf peşəkar məşqçilik karyerası ərzində “Barselona” və “Ayaks”da çalışıb. Niderlandlı mütəxəssis kataloniyalılarla 4 dəfə çempionluq titulu, ölkə kuboku və superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button