Keçmiş futbolçu Tuxelin İngiltərə millisinin baş məşqçisi olmasından narazıdır
“Liverpul”un sabiq müdafiəçisi və hazırda futbol eksperti kimi çalışan Cimi Karrager almaniyalı mütəxəssis Tomas Tuxelin İngiltərə millisinə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu hazırda komandanın yaxşı məşqçisinin olduğunu söyləyib:
“Deyə bilərəm ki, mən ən vətənpərvər insan deyiləm. Amma hesab edirəm ki, komandamızı ingilis məşqçi çalışdırmalıdır. Hazırda komandanın yaxşı məşqçisi var”.
İngiltərə Futbol Federasiyası dünən Tuxel ilə razılaşmanı elan edib. O, 2025-ci ildən millidə çalışmağa başlayacaq. Milliyə müvəqqəti olaraq Li Karsli rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin