Sabiq futbolçu “Liverpul”u Aleksander-Arnoldu əsas heyətdən uzaqlaşdırmağa çağırıb

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager hesab edir ki, Trent Aleksander-Arnold komandanın start heyətində olmamalıdır.

Komanda.az xəbər verir ki, ingiltərəli sabiq futbolçu “Sky Sports”-a açıqlamasında bunu deyib:

“Düşünürəm ki, Trent növbəti mövsüm komandada qalmasa, o zaman əsas heyətdə oynamamalıdır”.

Aleksander-Arnold “Liverpul” akademiyasının yetirməsidir. 26 yaşlı müdafiəçinin mersisaydlılarla müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq. Yayda “Real”a keçəcəyi gözlənilən oyunçunu indi 21 yaşlı Konor Bredli əvəz edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button