Sabiq futbolçu İsakı tənqid etdi

İngiltərə yığmasının sabiq futbolçusu Cimi Karrager “Nyukasl”ın hücumçusu Aleksander İsakın mövqeyi barədə sərt açıqlama verib.

İsveçli forvard komandadan icazəsiz ayrılıb və “Liverpul”a keçmək istəyir. O, rəhbərliyin verdiyi vədlərə əməl etmədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager İsakın bu addımını qəbulolunmaz adlandırıb:

“İsakın maaş aldığı klub üçün oynamaqdan imtina etməsinə heç bir bəraət yoxdur. Onun nə qədər iddialı olmasından və ya hansı vədlərin pozulduğunu düşünməsindən asılı olmayaraq, peşəkar futbolçunun həftəlik minlərlə dollar qazanıb, sonra da işə çıxmaq istəməməsi qəbuledilməzdir”.

“Nyukasl” avqustun 25-də, Premyer Liqanın 2-ci turunda “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button