Keçmiş futbolçu Premyer Liqanı cənnətə bənzətdi
İngiltərə millisinin və “Liverpul”un keçmiş futbolçusu Cimi Karrager Premyer Liqanın cari mövsümündə çempionluq uğrunda mübarizə haqqında fikirlərini bildirib.
Komand.az “The Telegraph”-a istinadən xəbər verir ki, sabiq futbolçu çempionluq uğrunda üç komandanın mübarizə aparmasının neytral azarkeş üçün cənnət olduğunu bildirib:
“Premyer Liqanın arzusu iki komandanın son tura qədər çempionluq uğrunda mübarizə aparmasıdır. Bunlardan üçü varsa, deməli, bu, ümumiyyətlə, neytral azarkeş üçün cənnətdir”.
O vurğulayıb ki, İngiltərə çempionatında hazırkı vəziyyətdən həzz almaq lazımdır.
“Liverpul” 27 turdan sonra 63 xalla birinci yerdədir. “Mançester Siti” (62) ikinci, “Arsenal” (61) üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin