Karlsen vaxtından əvvəl final turnirinin qalibi oldu
Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen bazar günü gecə vaxtından əvvəl “Champions Chess Tour” seriyasının final turnirinin qalibi olub.
Komanda.az xəbər verir ki, Karlsen sonuncudan əvvəlki, altıncı raundda hindistanlı Rameşbabu Praqnanandhuya 2,5:0,5 hesabı ilə qalib gəlib.
Norveçli zəka sahibi 17 xal toplayıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Altıncı tura qədər bu, polyak Yan-Kşiştof Duda idi. Amma Duda amerikalı Uesli Soya uduzaraq 10 xalla üçüncü yerə enib. İkinci yerdə So qərarlaşıb (12 xal).
Bazar günü keçiriləcək final mərhələsində Karlsen Duda, So isə niderlandlı Aniş Giri ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin