Argentinalı keçmiş futbolçu xəstəxanaya yerləşdirilib

Argentina millisinin sabiq hücumçusu Karlos Teves döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu tezliklə müayinə olunacaq. Argentinalı keçmiş oyunçu gecə kömək istəyib və hazırda xəstəxanadadır.

Teves hazırda “İndependentye”ni çalışdırır. Məhz klub mütəxəssisin xəstəxanaya yerləşdirildiyini elan edərək, müayinənin ilkin nəticələrinin qənaətbəxş olduğunu bildirib. O, hələlik baş verənlərlə bağlı açıqlama verməyib.

Teves futbolçu kimi “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”da çıxış edib. O, üçqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button