Teves: “Mən klub prezidenti olmağa hazır deyiləm”

Sabiq futbolçu Karlos Teves “Boka Xuniors”un baş məşqçisi kimi öz rolunu tam yerinə yetirə bilməyib. Şayiələr onun 2027-ci ildən etibarən klubun prezidenti ola biləcəyini deyir.

Bu ssenari artıq Argentina mətbuatında müzakirə olunmağa başlayıb, ancaq Teves özü bunu inkar edib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis “Boka Xuniors”dan uzaqlaşacağını və gələcəkdə Avropa klubları ilə işləməyi planlaşdırdığını açıqlayıb:

“Mən klub prezidenti olmağa hazır deyiləm, məşqçiyəm. Bəzi hallarda siyasətlə məşğul ola bilərəm, amma klubun prezidenti olmağa hazır deyiləm. Gələcəkdə Avropada məşqçi kimi işləmək istərdim”.

Teves 2017-ci ildə futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button