Karlos Teves İtaliyaya qayıdır?

“Yuventus”un və “Mançester Siti”nin sabiq hücumçusu Karlos Teves karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, argentinalı futbolçu “Milan”ın məşq bazasında baş məşqçi Stefano Pioli və texniki direktor Paolo Maldini ilə söhbət edərkən görüntülənib.

38 yaşlı Tevesin son klubu ötən ilin iyulunda tərk etdiyi Argentina “Boka Xuniors”u olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button