Karlos Allos: “Azərbaycan millisi yaxşı komandaya sahibdir”

Belarus millisi bu gün yoldaşlıq oyunu çərçivəsində Azərbaycan yığması ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən oyundan sonra rəqib komandanın baş məşqçisi Karlos Allosun mətbuat konfransı keçirilib. İspaniyalı çalışdırıcı 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Komandamı təbrik edirəm. Yaxşı oynadıq. İlk hissədə Azərbauycan millisinin də şanslar oldu. İkinci hissədə yaxşı oynadıq. Ümumi götürəndə oyundan razı qaldıq.

Fikrimcə, Azərbaycan millisi yaxşı komandaya sahibdir. Tacikistan yığması ilə bu oyun fərqli idi. Bir neçə il bundan əvvəl bu Azərbaycan yığmasına məğlub olmuşduq. Məncə, potensiallı komandaya sahibdirlər.

Özümün kifayət qədər işim var. Öz komandamın oyunlarını təhlil etməliyəm. Düşünürəm ki, Azərbaycan millisinin də dünya çempionatında şansları olacaq. Yaxşı baş məşqçiləri var”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button