
Tanınmış futbolçu karyerasını bitirməyi düşünür
Azad agent olan almaniyalı qapıçı Loris Karius futbolçu karyerasını bitirməyi düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un keçmiş futbolçusu 2023/24 mövsümü başa çatdıqdan sonra “Nyukasl”dan ayrılsa da, hələ də özünə yeni klub tapmayıb. Qolkiper karyerasını bitirməyi ciddi şəkildə düşünür. Yekun qərar hələ verilməyib.
31 yaşlı qolkiper daha çox 2016-2022-ci illərdə “Liverpul”dakı çıxışı ilə tanınır. O, eyni zamanda, “Union Berlin”, “Beşiktaş”, “Maynts” və “Mançester Siti”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin