Karius “Beşiktaş”dan ayrıldı

Türkiyənin “Beşiktaş” klubunun qapıçısı Loris Karius komandadan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Alman qapıçının müqaviləsini birtərəfli ləğv etdiyi və müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıtdığı bildirilir. “Beşiktaş”  rəhbərliyi futbolçunun bu qərarını müsbət qarşılayıb.

Karius 2018-ci ilin yayında “Liverpul”dan icarə əsasında “Beşiktaş”a keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button