Azərbaycan idmançıları Çexiyada 3 “qızıl” qazandı
Karate idman növü üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska Çexiyanın Plzen şəhərində beynəlxalq turnirin ikiqat qalibi olub.
Komanda.az xəbər verir ki, o, -68 kq çəki dərəcəsindən əlavə, mütləq çəkidə çıxışında da rəqiblərini məğlub edib.
“Qara Qaplan” klubunun üzvü Veronika Qaşnikova isə -47 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Azərbaycan təmsilçiləri beynəlxalq turnirdə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin