Karantin qaydalarını pozan futbolçulara 7 oyunluq cəza
Şotlandiyanın “Reyncers” klubunun futbolçuları Cordan Cons və Corc Edmundsona 7 oyunluq cəza verilib.
Komanda.az xəbər verir ki, bu barədə Şotlandiya Futbol Federasiyası məlumat yayıb.
Hər iki oyunçu karantin qaydalarını pozduqları üçün cəzalandırılıb. Noyabrın əvvəlində Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gediblər. Üstəlik, həmin tədbirdə sosial məsafə qaydalarına əməl etməyiblər.
“Reyncers” də futbolçuları cəzasız qoymayıb. Klub hadisədən sonra onların hər ikisini əsas komandadan kənarlaşdırıb. Futbolçular yenidən 2 həftəlik karantinə göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin