Karantin qaydalarını pozan futbolçular cərimələndi
Almaniya Futbol Liqası (DFL) Dortmund “Borussiya”sının futbolçuları – Ceydon Sanço və Manuel Akancini cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Futbolçuların cəzalanmasına onların karantin rejiminin qaydalarını pozması səbəb olub. Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin