Kapitanlardan üstünlük

Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə iştirak edən futbolçulardan 10-u ölkə çempionatında 250 və daha çox oyun keçirib.

Komanda.az xəbər verir ki, turnirin ən təcrübəli üç oyunçusu öz komandasının kapitanıdır. “Qəbələ”nin üzvü Asif Məmmədov karyerasını Premyer Liqada davam etdirənlər arasında hamıdan öndədir. O, “Qarabağ”lı Maksim Medvedevi 8, “Kəpəz”in üzvü Vurğun Hüseynovu 9 matç qabaqlayır.

Bu üç kapitandan başqa daha iki futbolçu 300-ü keçib. Digər beş oyunçu isə 250-dən artıq görüşün iştirakçısıdır.

“Onluq”da “Qəbələ”nin üç futbolçusu var. “Qarabağ”la “Neftçi” iki üzvünün təcrübəsi ilə öyünə bilər. “Kəpəz”, “Turan Tovuz” və “Zirə”də bir belə oyunçu var. Lakin qəsəbə klubunun qapıçısı digər 9 futbolçudan fərqli bu mövsüm meydana çıxmayıb.

1Asif MəmmədovQəbələ377
2Maksim MedvedevQarabağ369
3Vurğun HüseynovKəpəz368
4Qara QarayevNeftçi317
5İlkin QırtımovQəbələ312
6Slavik AlxasovTuran-Tovuz285
7Anar NəzirovZirə279
8Urfan AbbasovQəbələ278
9Rəhman HacıyevNeftçi266
10Riçard AlmeydaQarabağ261
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button