
Kapitanın 150-ci oyunu
“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov yubiley oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Səbail”lə matç müdafiəçinin “Sumqayıt”ın heyətində keçirdiyi 150-ci çempionat görüşü olub. O, bu qarşılaşmalarda 1 qol vurub.
2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov, klubun tarixində 150 və daha çox oyun keçirən ikinci futbolçu olub. Onadək hazırda “Zirə”də oynayan Bəxtiyar Həsənalızadə bu göstəricini arxada qoyub.
“Sumqayıt” “Səbail”lə matçda 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin