
Laporta: “Kapitanımızın fikrinə hörmət edirəm, lakin…”
“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Frenki de Yonqun La Liqanın “Vilyarreal”la oyununu ABŞ-da keçirilməsi qərarından narazı qalmasına münasibət bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bunu deyib:
“Kapitanımız De Yonqun fikrinə hörmət edirəm, lakin biz La Liqa rəhbərliyinin ideyasını dəstəklədik. Çünki artıq tərəfdaşlıq müqavilələrimiz olan, inkişaf etməkdə olan Şimali Amerika bazarı klubumuz üçün çox vacibdir”.
Kataloniya klubunun “Vilyarreal”la qarşılaşması dekabrın 20-də Mayamidə baş tutacaq. Artıq klublar və La Liqa rəhbərliyi müqavilə ilə bağlı razılığa gəlib. Bu ideya futbolçu De Yonq tərəfindən birmənalı qarşılanmayıb və o, son müsahibəsində narazılığını açıq şəkildə bildirib.
Bizi Facebook-da izləyin



