Kapitana hücum etdilər – FOTOLAR
“Şeffild Yunayted”in kapitanı Billi Şarp Premyer Liqaya vəsiqə qazanmaq üçün “Nottingem Forest”lə keçirilən pley-offun yarımfinalının cavab oyunundan sonra (2:1, 1-2, penalti 3-2) azarkeşin hücumuna məruz qalıb.
Komanda.az xəbər verir ki, Şarp zədəli olduğu üçün həmin qarşılaşmada iştirak etməyib. Penalti seriyasından sonra o, qazonun kənarında dayanıb.
Bu vaxt bir azarkeş qaçaraq yaxınlaşıb və kapitanın ayağına arxadan zərbə vurub. Polis dərhal araşdırmaya başlayıb və kapitana xəsarət yetirən azarkeş həbs edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin