“Bu oyun həm futbolçular, həm azarkeşlər, həm də klub üçün çox ağrılı oldu”

“Tottenhem”in hücumçusu Son Hın Min İngiltərə Premyer Liqasının 18-ci turunda evdə “Liverpul”a məğlubiyyəti (3:6) “ağrılı” adlandırıb.

Komanda.az “liverpool.com”-a istinadən xəbər verir ki, cənubi koreyalı forvard futbolun həmişə riskli olduğunu deyib:

“Futbol həmişə riskdir. Rahatlaşdığınız zaman bəzən hədəfləri əldən verirsiz. Yaxşı gündə də, pis gündə də bir yerdə olmalıyıq. Bu oyun həm futbolçular, həm azarkeşlər, həm də klub üçün çox ağrılı oldu. Amma biz irəli getməli və daha güclü olmalıyıq”.

“Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 11-cidir. London komandası 17 oyuna 23 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button