Kapitan Azərbaycan millisiylə oyunu buraxacaq
UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Qazaxıstan millisi daha bir itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, qazaxların yarımmüdafiəçisi Azat Nurqaliyev sıradan çıxıb. “Turan”ın kapitanı dizindən aldığı zədə səbəbindən uzun müddət komandadan ayrı qalacaq. Azərbaycan millisinin qapıçısı Emil Balayevin komanda yoldaşı olan 35 yaşlı oyunçunun hətta mövsümü başa vurmaq riski də var. Bu isə o deməkdir ki, Nurqaliyev Millətlər Liqasının ilk oyunlarında iştirak etməyəcək.
Qazaxıstan yığması C Liqasının 3-cü qrupundakı ilk oyununu iyunun 3-də Azərbaycan millisinə qarşı keçirəcək. Həmin görüş “Astana Arena”da baş tutacaq.
Qazaxıstan yığmasının müdafiəçisi Nurlan Dairov da zədə ucbatından Azərbaycan millisiylə oyunu buraxacaq.
Bizi Facebook-da izləyin