Kapitan – 450!
“Səbail”in futbolçusu Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununa çıxıb.
Komanda.az xəbər verir ki, paytaxt klubunun kapitanının yubileyi Premyer Liqanın 18-ci turunda gerçəkləşib.
O, “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası məğlub olub (0:3).
Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/2004 mövsümündə debüt edib. O, ilk dəfə 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” qarşılaşmasında meydana çıxıb (1:0).
450 oyunda 34 qol vuran Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.
Bizi Facebook-da izləyin