
Kapellodan “Milan”ın hücumçusu haqda xoş sözlər
İtaliya kubokunun yarımfinal mərhələsində keçirilən “İnter”lə oyunda “Milan”ın hücumçusu Luka Yoviç qəhrəman olub.
Serbiyalı forvard “İnter”ə qarşı matçda dubl edərək, komandasına qələbə qazandırıb və “Milan”ı turnirin finalına çıxarıb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, vaxtı ilə “Milan”a rəhbərlik etmiş italiyalı mütəxəssis Fabio Kapello Yoviçin çıxışını yüksək qiymətləndirib. Onun fikrincə, serbiyalı futbolçu öz potensialını ortaya qoymağa başlayıb:
“Yoviç barədə danışarkən bir şeyi xatırlatmaq istəyirəm. Onunla “Real” maraqlanmışdı. Bu isə təsadüfi deyil və o, həqiqətən də, istedadlı futbolçudur. İndi isə onun özünə inamı artıb. “İnter”ə qarşı oyununu bəyəndim. Topla davranışı yaxşıdır və indi özünü meydanda daha yaxşı ifadə etmək imkanı qazanıb”.
Bizi Facebook-da izləyin