
Kapello: “Milan”da qərarları kimin verdiyi bəlli deyil”
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello klubdakı vəziyyəti diqqətlə izləyir.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis UEFA Çempionlar Liqasından kənarlaşdırılan və A Seriyasının turnir cədvəlində 9-cu yeri tutan “Milan”ın qeyri-müəyyən çıxışından narahatdır:
“Onlar deyirdilər ki, Zlatan İbrahimoviç liderdir, amma məlum olur ki, o, sadəcə məsləhətçidir və artıq lider deyil. İdarəçilik yoxdur, hər şey çox mürəkkəbdir, qərarları kimin verdiyi bəlli deyil”.
Kapello ötən əsrin 90-cı illərində “Milan”ı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin