
Kapello “Milan”ı tənqid etdi
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello hesab edir ki, portuqaliyalı mütəxəssis Serjio Konseysao komandanın müdafiə oyununu yaxşılaşdıra bilməyib.
Bu, əvvəlki baş məşqçi Paulo Fonsekanın dövründə əsas problem idi və yeni çalışdırıcının vaxtında da eyni qalır.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Fonseka ilə müqayisədə, müdafiə oyununda heç bir irəliləyiş görmədiyini deyib:
“Fonseka ilə müqayisədə müdafiə oyununda heç bir irəliləyiş görmürəm. Və hər dəfə özümdən soruşuram: Fikayo Tomori meydanda nə edir?”
Kapellonun vaxtında “Milan” çox praqmatik, qol buraxmayan komanda kimi tanınırdı.
Konseysaonun rəhbərlik etdiyi komanda hazırda A Seriyasının turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin