Kapello: “Messi 17 yaşında Yamaldan daha üstün idi”

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə “İnter” arasında keçirilən ilk qarşılaşma (3:3) futbol dünyasında böyük maraq doğurub.

Görüşdə Kataloniya klubunun 17 yaşlı vingeri Lamin Yamal 24-cü dəqiqədə qol vuraraq, adından söz etdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” və “Real”ın sabiq baş məşqçisi Fabio Kapello ispaniyalı futbolçu barədə danışaraq, onu Lionel Messi ilə müqayisə edib:

“Yamal fədakardır və meydanı çox yaxşı görür. Verdiyi ötürmələr buna sübutdur. Robert Levandovskinin yoxluğu hiss olunurdu. Yamalın ötürmələri onun meydanda olması ilə daha təhlükəli ola bilərdi. Ümid edirəm ki, o, cavab oyununda meydanda olmayacaq.

Mən Messini 17 yaşında görmüşəm və mənim üçün o, Yamalla müqayisədə daha çox potensiala malik idi, daha üstün idi”.

Digər tərəfdən, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik isə gənc oyunçusunun çıxışını yüksək qiymətləndirib:

“Yamal bir dahidir, xüsusi istedaddır. O, böyük oyunlarda özünü göstərməyi bacarır. Belə bir istedadın “Barselona”da olması məni sevindirir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button