
“Milan”da bir tənbəl futbolçu var, soyadı “L” hərfi ilə başlayır” – Kapello
“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello 1993/1994 mövsümündə çalışdırdığı keçmiş hücumçu Florin Raduçiounu xatırladıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kapellonun fikrincə, Raduçiou tənbəl olub və o, hazırda da “Milan”da belə bir oyunçu gördüyünü etiraf edib:
“Raduçiou gənc idi, amma işləmək istəmirdi. Bir dəfə səmimiyyətlə etiraf etdi: daha çox şey edə biləcəyini, amma istəmədi. Bu gün də belə futbolçular var. “Milan”da biri var, onun soyadı “L” hərfi ilə başlayır”.
Raduçiou 2004-cü ildə futbolçu karyerasını sonlandırıb.
O ki qaldı Kapellonun “Milan”da soyadı “L” hərfi ilə başlayan futbolçu haqda dediklərinə, italiyalı mütəxəssis portuqaliyalı hücumçu Rafael Leaonu nəzərdə tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin