
Kapello “üsyan” etdi
“Milan”, “Roma” və “Yuventus” klublarının sabiq baş məşqçisi Fabio Kapello İtaliya futbolunda ciddi dəyişikliklərin vacibliyini vurğulayıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasında yerli oyunçular üçün limit tətbiq edilməsini təklif edib:
“Gənc futbolçuların yetişdirilməsinə yanaşma dəyişməlidir. İstedad çatışmazlığı artıq bir nəsillə məhdudlaşmır. Bu, məşq metodikaları ilə bağlı daha dərin bir problemdir. Bu barədə daha əvvəl də danışmışıq.
Bundan əlavə, gənc oyunçuların əsas komandada daha çox oyun praktikasına ehtiyacı var. Bu mənim ixtiyarıma qalsaydı, A Seriyası klublarında hər oyunun start heyətində azı üç italiyalı futbolçunun yer almasını məcburi edərdim.
Bu cür addım İtaliya futbolunun gələcəyini qorumaq və milli komandanın səviyyəsini yüksəltmək baxımından əhəmiyyətli rol oynaya bilər”.
Bizi Facebook-da izləyin