
Kapello: “İnter” inanılmazdır!”
“İnter” son üç ildə ikinci dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib.
Bu uğur “Barselona” ilə gərgin keçən qarşılaşmadan sonra əldə olunub (4:3; ilk oyun 3:3).
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Fabio Kapello da “İnter”in bu uğuruna münasibət bildirib:
“İnter” inanılmazdır! Françesko Açerbinin sağ ayaqla vurduğu qol sadəcə, möhtəşəm idi. Yan Sommer matçın qəhrəmanı oldu. Bu mövsüm qapıçılar ümumiyyətlə, əsas qəhrəmanlara çevriliblər. Bu matç böyük sürprizlər və güclü emosiyalar bəxş etdi”.
“İnter” finalda bu gün keçiriləcək PSJ – “Arsenal” matçının qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin