Kapello: “Futbolçular məşqçi ilə birləşsələr…”

İtaliyalı mütəxəssis Fabio Kapello İtaliya millisinin 2024-cü il Avropa çempionatına hazırlığı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, “Football Italia” nəşrinə açıqlama verib:

“İtaliya millisi turniri qazana bilərmi? Luçano Spalettinin komandası seçmə mərhələdə yaxşı çıxış edib. Baş məşqçi fikirlərini futbolçulara çatdırıb. Futbolçular məşqçi ilə birləşsələr, o zaman böyük bir uğur xəyal edə bilərlər”.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İtaliya millisi İspaniya, Xorvatiya və Albaniya yığmaları ilə eyni qrupda yer alıb. Turnirin hazırkı qalibi İtaliyadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button