
Kapello final oyununu bəyənməyib
İtaliyalı mütəxəssis Fabio Kapello İtaliya kubokunun finalında “Bolonya”nın “Milan” üzərində 1:0 hesablı qələbəsini şərh edib.
Komanda.az xəbər verir ki, o, “Gazzetta dello Sport” nəşrinə açıqlamasında oyunun keyfiyyətindən narazı qaldığını deyib:
“Bolonya” bu titulu tamamilə haqq etdi. Amma deməliyəm ki, bu final İtaliya futbolu üçün yaxşı reklam olmadı. Oyun mənə xoş gəlmədi”.
“Bolonya” hazırda 62 xalla İtaliya A Seriyasının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Milan” isə 60 xalla 8-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin