
Kante məşqlərə başladı
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante komanda ilə məşqlərə başlayıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ümumi məşqlərdən sonra fərdi məşqlərə keçid edib. Bir neçə həftədən sonra onun lazımi vəziyyətdə olacağı gözlənilir.
Kante 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında iki oyun keçirib. O, dizindən aldığı zədə səbəbindən bir neçə ay sıradan çıxıb. Eyni zamanda, futbolçu DÇ-2022-də də iştirak edə bilməyib.
Fransalı oyunçunun “zadəganlar”la müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin