Kante La Liqa nəhənginə transfer oluna bilər

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, 31 yaşlı fransalı futbolçu ilə “Barselona” maraqlanır.

Xəbərdə bildirilir ki, Kante Kataloniya nəhənginin transfer hədəflərindən biridir.

Daha əvvəl mediada “Çelsi”nin Kante ilə müqaviləni yeniləmək niyyətində olmadığı barədə məlumatlar yayılmışdı. Baxmayaraq ki, hazırkı müqavilə 2022/2023 mövsümünün sonunda başa çatır.

Kante 2022/2023 mövsümündə cəmi iki oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button